Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı

8 Baxış

11

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir.

Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, sənət ocağının yaradıcı kollektivi bu həftə də həm məktəblilər, həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb. Belə ki, fevralın 17-də saat 12 və 14:00-da məktəblilər üçün A. Lindqrenin “Uzuncorab Pippi” tamaşası, fevralın 18-də isə eyni saatlarda Azərbaycan xalq nağılı “Göyçək Fatma” tamaşaları nümayiş olunacaq. Bundan başqa, fevralın 17-də saat 19.00-da Ə.Əmirlinin “Mən səni sevirəm – MSS”, fevralın 18-də isə Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşaları təqdim ediləcək.

Tamaşaçılar tərəfindən hər zaman maraqla qarşılana səhnə əsərlərində rolları Əməkdar artistlər Şövqü Hüseynov, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nübar Novruzova, Naibə Allahverdiyeva, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Gülər Nəbiyeva aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Asya Atakişiyeva, Manaf Dadaşov, Müşfiq Əliyev, Səbinə Məmmədova və teatrın digər sevilən aktyorları ifa edəcəklər.

Tamaşalara biletləri mərkəzləşdirilmiş kassalardan və “ASAN xidmət” filiallarından əldə etmək olar.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10