Gənc Tamaşaçılar Teatrının həftəsonu tamaşaları

5 Baxış

15101501201891123685_1000x669

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daimi tamaşaçıları üçün bu həftə maraqlı repertuar tərtib edib.

Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, sənət ocağının yaradıcı kollektivi noyabrın 10-da gənclər üçün bəşəriyyətin bəlasına çevrilmiş narkomaniya əleyhinə “Ağ ölüm” tamaşasını təqdim edəcək. Bundan başqa, noyabrın 11-də “Leyli və Məcnun”, noyabrın 12-də isə “Mənim ağ göyərçinim” tamaşaları nümayiş olunacaq.

Teatr həmişə olduğu kimi, bu dəfə də azyaşlı tamaşaçılarını unutmayıb. Belə ki, kollektiv uşaqlar üçün noyabrın 11-də “Dəcəl keçi”, 12-də isə “Qoğalın nağılı” tamaşalarını təqdim edəcək.

Tamaşalarda Əməkdar artistlər Nofəl Vəliyev, Rahib Əliyev, Nəsibə Eldarova, Nübar Novruzova, Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Rasim Cəfər, aktyorlar Manaf Dadaşov, Vüsal Mehrəliyev, Anar Seyfullayev, Günül Məmmədova, Asya Atakişiyeva, Müşfiq Əliyev, Eşqin Quliyev, Səbinə Məmmədova və başqaları çıxış edəcək.

KÖŞƏ YAZARLARI
TOP 10