Gənc yazar oxuculardan gileyləndi

106 Baxış

1Mayın 3-ü Kitabevim.az kitab mağazalar şəbəkəsində türkçülük günü ilə bağlı  yazar Dilqəm Əhmədin şəxsi arxivindən olan  kitabların sərgisi keçirilib.   Sərgidə Azərbaycan mühacirlərinə, eləcə də ölkəmizdə latın qrafikasının tətbiq olunduğu birinci dönəmə (1922-1938) aid kitablar sərgilənib.

Dilqəm Əhməd Senet.az-a açıqlamasında sərgiyə marağın az olduğundan şikayətlənib: “Dünənki tədbirdə üç may türkçülük günü ilə bağlı oxuculara məlumat verildi. 1944-cü ildə Türkiyədə türkçülərlə kommunistlər arasındakı qarşıdurmanın tarixindən danışdım. Sərgidə “Azərnəşr”in 1922-1938-ci illərdə latın qrafikası ilə çap etdiyi kitabları, eləcə də, mühacirlərimizin Türkiyədə yayımladıqları kitablar sərgiləndi. Həmçinin Azərbaycan Cümhuriyyətinə aid ilk dəfə gün işığına çıxan fotolar göstərdim. Təəssüf ki, oxucular, vətəndaşlar böyük maraq göstərmədi. Necə deyərlər, xəyal qırıqlığına uğradım. Görünür ki, belə şeylərə maraq göstərənlər azdır”.

Qeyd edək ki, sərgi ilə yanaşı eyni vaxtda Dilqəm Əhmədin imza günü də keçirilib.

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10