“Sevdim səni” kitabında Pərvinin özünün seçdiyi sevgi şeirlərinə yazdığı esse-təəssüratları yer alıb. Burada türk şeiri də var, rus şeiri də, klassik Azərbaycan şeiri də yer alıb, müasir şeirlər də… Bunlar şeirlər haqqında ədəbiyyatşünas təhlilləri deyil, şairlərin poetik fikirlərindən təsirlənərək yazılan kiçik hekayələrdir.
Kitabın ön söz müəllifi və redaktoru yazıçı, xalq şairi Anar, naşiri Müşfiq XANdır. Kitab “XAN” nəşriyyatında çap olunub.