Gənc yazarın ilk kitabı – “Ona”

2032 Baxış

ezizyaqubzade
Gənc yazar Əziz Yaqubzadənin ilk kitabı işıq üzü görüb.

“XAN” Nəşriyaytında çap olunan kitab “Ona” adlanır.

Kitabın annotasiyasında belə deyilir: “Mənə niyə bir dənə də xoş söz demirsən?” deyərdi. Susardım. Getməsəydi, biləcəkdi… Səhifə-səhifə onu yazdığımı. Gedərkən belə ona canım demişdim. Bəlkə canım olduğunu xatırlayıb, canıma qıymaz deyə. Axı bir insanın canına qıymaq elə də asan, adi bir şey deyildi… O isə sözlərimə məhəl qoymayıb, arxasına belə baxmadan addımlarını möhkəmlətdi. Atdığı hər addımda isə sanki qəlbimi tapdalayır, içimdə yeni yaralar açırdı. Həm yeni yaralar açıb, həm də içimdə izah etməsi mümkün olmayan bir boşluq yaratmışdı gedərkən. Yarım qalmışdıq onun gedişi ilə… Halbuki mən onu tanımamışdan öncə də yarım idim və  onun gəlişi ilə tamamlandığımı zənn edirdim. Amma daha bir dəfə yanıltmışdı məni… Kimiləri gedər, arxasında ağrılar, əzablar buraxar. Kimiləri gedər, arxasında yağışda belə gizlədə bilməyəcəyi gözyaşları buraxar. Kimilər gedər, unudulmayan, xatırldıqca isə insanın canını daha çox yandıran acı xatirələr buraxar. O da getdi… Arxasında bir kitab buraxdı…”

Bölmə : Əlfəcin
KÖŞƏ YAZARLARI
TOP 10