Gənc yazarlardan təqdirəlayiq layihə

218 Baxış

daun-sindromu-xeste-ushaqFiziki və əqli cəhətdən əlilliyi olan, həmçinin Autizm və Daun sindorumlu uşaqlar üçün yeni layihəyə start verilib.

Bu barədə Senet.az-a açıqlamasında layihənin rəhbəri Gülşad Quliyeva məlumat verib. O, yeni layihəyə əsasən uşaqlar üçün kiçik səhnəciklər düzəltmək istədiklərini bildirib: “Fiziki və əqli əlilliyi olan, Autizm və Daun sindromundan əziyyət çəkən uşaqlar üçün 15-20 dəqiqəlik səhnəciklər hazırlayacayıq. Bunun üçün də Kloun Teatrı yaradırıq. Komandamızda Şahlar Ruhi, Elçin Aslangil, Ülviyyə Tahir, Araz Bagi Türkmən yer alır. Bununla yanaşı qrim ustaları, səhnə dekorçuları və modelyerlər də bizə köməklik göstərəcəklər. Hazırda ssenarilər üzərində işlənilir”.

Qeyd edək ki, Gülşad Quliyeva onlarla işləmək istəyən aktyorları əməkdaşlığa dəvət edib.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10