Gənclər Gününə həsr edilmiş “Gəncliyin səsi” festivalı keçiriləcək

18 Baxış

1485942121714426623_1000x669 (1)

Fevralın 2-də 6-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2 Fevral – Gənclər Gününə həsr edilmiş “Gəncliyin səsi” incəsənət festivalı keçiriləcək.

Nazirlikdən Senet.az-a bildirib ki, festival çərçivəsində gənc Prezident təqaüdçülərinin konserti, gənc rəssamların sərgisi, gənc yazarlarla görüş, gənc rejissorların filmlərinin nümayişi, Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin təqdimatında Əli Əmirlinin “7 məhbusə” tamaşasının premyerası, Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllülərinin həvəskar tamaşasının premyerası, Sabirabad və ətraf rayon gənclərinin və ASAN könüllülərinin iştirakı ilə konsert və Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin konsertinin keçirilməsi nəzərdə tutulur.

Festivalın tədbirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Kitabxana, Sumqayıt Dövlət Dram Teatrı, Masallı rayon “ASAN həyat” kompleksi, Sabirabad rayon mədəniyyət mərkəzində təşkil ediləcək.

KÖŞƏ YAZARLARI
TOP 10