Gəncədə yazıçılarla görüş keçiriləcək

52 Baxış

i mza gunNoyabrın 5-də Gəncədəki Kitabevim.az kitab mağazasında yazıçılarla oxucuların görüşü keçiriləcək. Bu barədə saytımıza Hədəf Nəşrlərinin mətbuat xidmətindən məlumat verilib. Görüşdə yazıçılar İlqar Fəhmi, Şəmil Sadiq, Müşfiq XAN və Varis Yolçiyevin imza mərasimi keçiriləcək. Həmçinin Müşfiq XANın yeni işıq üzü görən “Yalnızlığın bal ayı” adlı psixoloji-məhhəbət romanının ilk təqdimatı olacaq. Görüş günü Kitabevim.az-da müəlliflərin kitabı endirimdə olacaq.

Görüşdə iştirak sərbəstdir. Tədbir saat 14:00-da başlayacaq.

Ünvan: Gəncə şəhəri, Kitabevi

(Bayraq Meydanı, Gəncə Çay park bulvarı)

Əlaqə: 070 497 24 44

Bölmə : Redaktorun seçimi