Gənc jurnalistlər üçün təlimlərə start verilir

76 Baxış

telim3Hədəf Karyera Mərkəzi, Bakı Dövlət Universiteti Jurnalistika fakultəsi, “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası”nın birgə təşkilatçılığı və Senet.az saytının informasiya dəstəyi ilə gənc jurnalistlər üçün seminar-treninqə start verilib. Gənc jurnalistlər üçün nəzərdə tutulan təlimlər 3 ayadək davam edəcək. Təlimlər respublikada jurnalistika sahəsində sözünü demiş mütəxəssislər tərəfindən aparılacaq.

Təqdimat mərasimində Hədəf  Karyera Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev iştirakçıları Media təlimi proqramının mövzuları ilə tanış edib.

“Hədəf” Şirkətlər Qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, BDU-nin “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası”nın müdiri, dosent Vüqar Zivəroğlu da çıxış edərək seminarın işində uğurlar arzulayıb, iştirakçıları fəal olmağa səsləyiblər. Təlimlərdə gəncləri maraqlı və praktik məşğələlərin gözlədiyi bildirilib.

Təlimlərdə dekabrın 10-11-i tarixlərində Hədəf Karyera Mərkəzi, İstiqlal Tədris və Yaradıcılıq  Mərkəzinin İstanbul Aydın Universiteti ilə birgə təşkil etdikləri “Onlayn media: Yeniliklər, perspektivlər, problemlər” adlı seminar-treninqdə öz fəallığı ilə fərqlənmiş gənclər iştirak edəcək. May ayında isə onların arasından seçiləcək 10 nəfər iyun ayında İstanbul Aydln Universitetində bir həftəli təcrübə keçmək imkanı əldə edəcək.

Həmçinin təlimlərdə fərqlənənlər Senet.az və digər saytlara işçi kimi qəbul ediləcəklər.