Gənc Tamaşaçılar Teartı mövsümün ilk tamaşasını göstərdi

8 Baxış

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni – 89-cu teatr mövsümünü “Tülkü tülkü tünbəki” tamaşası ilə açıb.

Teatrın mətbuat xidmətindən Senet.az saytına verilən məlumata əasasən tamaşadan öncə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov çıxış edərək yeni mövsümün yenilikləri haqqında danışıblar. Quruluşçu rejissor Gülnar Hacıyeva, Əməkdar Artistlər Almaz Mustafayeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Qurban İsmayılov, Vahid Əliyev, Ötkəm İskəndərov, aktyorlar Məsumə Babayeva, Zemfira Əbdülsəmədova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva, Elşən Çarhanlı, Elnur Kərimov və Elnur Hüseynov çıxış edərək bütün tamaşaçıları və teatrın yaradıcı heyətini yeni mövsüm münasibətilə təbrik ediblər.

Səhnə əsərində İradə Rəşidova, Aygün Fətullayeva, Eldar İmanov, Eşqin Quliyev, Elnur Əliyev, Anar Səfiyev, Elşən Şıxəliyev iştirak ediblər.

Sentyabr ayının 17-də saat 19.00-da nümayiş olunmuş iki hissəli psixoloji dram olan “Məhv olmuş gündəliklər” tamaşasının quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq Artisti Vaqif Əsədov, musiqi tərtibatçısı Mixail Simonovski, rəqslərin quruluşçusu Əməkdar Artist Nicat Kazımovdur.

Tamaşada Əməkdar Artistlər Nəsibə Eldarova, Şövqi Hüseynov, Rasim Cəfərov, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Anar Seyfullayev, İlham Əsədov, Kərəm Hadızadə, Ramiq Nəsirov, Eyvaz İbrahimov, Ceyhun Məmmədov iştirak ediblər.

Bölmə : Manşet, Teatr