Gənc Tamaşaçılar Teatrı – ASSİTEJ jurnalında…

2 Baxış

genc

Senet.az saytının xəbərinə əsasən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu Beynəlxalq ASSİTEJ-in sentyabr ayı üçün növbəti xəbərlər bülleteninin elektron versiyası işıq üzü görüb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni – 89-cu mövsümdəki yenilikləri, yeni mövsümdə həyata keçiriləcək layihələr və beynəlxalq teatr festivallarında iştirakı barədə məlumatlar ASSİTEJ-in xəbərlər kitabında çap olunub.

Belə məlumatlar ASSİTEJ-in üzvü olan dünyanın 108 aparıcı ölkələrinə yayılır.

Bülletendə yeni teatr mövsümünün açılışı, teatrın aktyorlarının Yunanıstana səfəri, II Beynəlxalq Martin MakDonax Festivalındakı iştirakımız, Kalmık Milli Dram Teatrının ölkəmizə qastrol səfəri, “Atspindys” XI Beynəlxalq monotamaşalar festivalı haqqında məlumatlar gedib.

Bölmə : Teatr