Gənc Tamaşaçılar Teatrının fəaliyyəti “Baku” jurnalında

1 Baxış

teatr“Baku” jurnalının növbəti nömrəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Rusiyanın Perm şəhərində keçirilmiş II Beynəlxalq Martin MakDonax Teatr Festivalındakı uğurlu çıxışı haqqında məqalə dərc edilib.

Teatrın mətbuat xidmətindən Senet.az saytına məlumat verilib ki, məqalə “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Gözəllik kraliçası” tamaşası Permdə keçirilən II Martin MakDonax Beynəlxalq Teatr Festivalının ən parlaq hadisəsi oldu” başlığı ilə verilib. Festivalda iştirak etmək üçün müraciət etmiş dünyanın 150 ölkəsi arasından seçilmiş Gənc Tamaşaçılar Teatrı və teatrın təqdim etdiyi tamaşa məqalədə xüsusi olaraq vurğulanır. Bildirilir ki, artıq ikinci dəfə sözügedən festivalda iştirak edən teatrın nümayiş etdirdiyi tamaşa ingilis rejissoru Yan Vilyem Van Den Boş tərəfindən hazırlanıb. Martin MakDonaxın “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası” 40 yaşlı qızın 70 yaşlı anası ilə qarşılıqlı və nifrət dolu yaşamını əks etdirir.

Tamaşa və peşəkar aktyor oyunu haqqında yazan məqalə müəllifinin sözlərinə görə, “Gözəllik kraliçası” – hər bir insanın öz xoşbəxtliyi və bu xoşbəxtliyin onun yaxınlarına təsiri haqqında düşünməyə vadar edir.

Bölmə : Teatr