Gənc və həvəskar rəssamların sərgisi açılacaq

2 Baxış

14805364914980142764_1000x669Dekabrın 15-də “Art Villa” qalereyasında gənc və həvəskar rəssamların əl işlərindən ibarət qrup sərgisi açılacaq.

Senet.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı tərəfindən “Start” layihəsi çərçivəsində təşkil olunacaq. Sərgidə iştirak etmək istəyənlər əsərlərinistart@artscouncil.az elektron ünvanına göndərə bilərlər.

Layihənin məqsədi incəsənətin və müasir memarlığın təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.

Qeyd edək ki, bundan əvvəl “Start” layihəsi çərçivəsində “Bakının müasir memarlığı fotolarda” adlı sərgi təşkil olunub.

Bölmə : Rəssamlıq