Gənc caz ifaçıları üçün müsabiqə elan olunub

0 Baxış

hg

 

“Bakı Jazz” Beynəlxalq Caz Festivalı çərçivəsində gənc ifaçılar üçün “İ Am Jazzman!” adlı müsabiqə elan olunub.

Senet.az xəbər verir ki, müsabiqə 14-30 yaşlı musiqiçilər üçün nəzərdə tutulub.

Seçim turu iki mərhələdən ibarət olacaq, burada peşəkar münsiflər heyəti istiqamət verəcək və iştirakçının musiqi biliklərini qiymətləndirəcək. Müsabiqədə koordinator və müəllimlər işləyəcəklər.

Birinci yerin qalibinə mükafat olaraq min manat məbləğində pul veriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər Nizami 90A, Landmark, 22 mərtəbə ünvanına yaxınlaşaraq müraciət edə bilərlər.

Bölmə : Sənət xəbər