“Girdman tarixi və Tarixi coğrafiyası” kitabının təqdimat mərasimi keçiriləcək

86 Baxış

tarixiNoyabrın 5-i, saat 15:00-da Kitabevim.az kitab marketində Qafar Cəbiyevin “Girdman tarixi və Tarixi coğrafiyası” elmi-monoqrafik kitabının təqdimat mərasimi keçiriləcək. Tədbirə maraqlanan hər kəs dəvətlidir.

Qeyd edək ki, Cəbiyev Qafar Cəfər oğlu – 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 1973-cü ildə Gəncə Pedaqoji Universitetinin tarix fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1973-1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974-1976-cı illərdə “Zəhmətkeş” rayon qəzetində məktublar şöbəsinin müdiri vəzifəsində çalışıb. 1977-1978-ci illərdə “Bilik” cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi, 1978-1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980-1981-ci illərdə “Zəhmətkeş” qəzetində redaktor müavini olub.
1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 1990-2003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbir vəzifəsində çalışıb. Həmin dövrdə eyni zamanda BDU-nun Şəki filialının dosenti kimi pedoqoji fəaliyyətlə məşğul olub. 2003-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 4 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2013-cü ilin mart ayından Milli Televiziya və Radio Şurası sədrinin müavini vəzifəsində çalışır.O, eyni zamanda ictimai əsaslarla Azərbaycan Müəllimlər İnstitutu İctimai fənnlər kafedrasının müdiri və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvüdür.
1985-ci ildə namizədlik, 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 11 monoqrafiya, o cümlədən “Arxeologiya və romantika”, “Azərbaycan keramikası”, “Can Azərbaycan”, “Bura Vətəndir”, “Muradxan dəfinəsi “, “Girdman tarixi”, “Yazılarım qalacaq” kitablarının ,100-dən çox elmi, 300-dən çox elmi-publisistik məqalə müəllifidir. Müxtəlif vaxtlarda keçirilmiş respublika və beynəlxalq əhəmiyyətli konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.”Qızıl qələm”və “Humay” mükafatları laureatıdır.”Muradxan dəfinəsi” adlı albom-kataloqu Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant müsabiqəsinin qalibi olub.

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10