“Global Village” mədəniyyət festivalı keçiriləcək

8 Baxış

14840475325002442447_1000x669

Yanvarın 13-də “AIESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən “Global Village” mədəniyyət festivalı keçiriləcək.

Senet.az-ın “AIESEC”in “facebook” səhifəsinə istinadla xəbər verir ki, festival “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının “Chill-out” zonasında təşkil ediləcək.

“Global Village” tədbirində 15 ölkənin təmsilçiləri və “AIESEC” Azərbaycan təşkilatı tərəfindən ölkəmizə dəvət olunan 10 xarici könüllü dostluq ab-havasını yaratmaq, dünyanın necə rəngarəng və unikal olduğunu göstərmək üçün bir yerə toplaşacaq və öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcəklər. Onlar Bakıda “AİESEC” Azərbaycan tərəfindən təşkil olunmuş “World for Kids”, “Dream Catcher”, “Game of Schools”, “EduChange”, “Children of the Future”, “Talk out Loud” kimi sosial layihələrin könüllüləridir.

Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənəti, mətbəxi və adət-ənənələrindən zövq ala bilər. Çünki yalnız mədəni anlaşma və tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə etmək olar.

Qeyd edək ki, “Global Village” “AIESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilən rəngarəng mədəniyyət festivalıdır.

KÖŞƏ YAZARLARI
TOP 10