Görkəmli aktyor “Qu quşunun nəğməsi” ilə anılacaq

43 Baxış

cahangirDekabrda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illik yubiley tədbiri keçiriləcək.

Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyində tədbirlər planı hazırlanıb. Yubiley mərasimi çərçivəsində “Cahangirdən Cahangirə” adlı bədii layihə üzərində iş aparılıb. Layihədə yubilyarın nəvəsi, əməkdar incəsənət xadimi Cahangir Novruzovun rejissorluğu ilə Anton Çexovun “Qu quşunun nəğməsi” əsəri əsasında tamaşa hazırlanıb. Səhnə əsərinin baş rolunda Cahangir Novruzov özü çıxış edəcək.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10