Görkəmli yazıçı Kamal Abdullayevlə görüş keçiriləcək

18 Baxış

588f2fa8015f4

Fevralın 3-də saat 14:30-da AMEA-nın Alimlər Evində görkəmli yazıçı və ictimai xadim, dilşünas, ədəbiyyatşünas, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevlə görüş keçiriləcək.

Senet.az-ın AMEA-dan aldığı məlumata görə, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, tənqidçi yazar, professor Aydın Ələkpərov, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, tənqidçi yazar Elnara Qaragözova və başqaları ədibin həyat və yaradıcılıq yollarından, ictimai fəaliyyətindən, çoxsaylı əsərlərinin bədii xüsusiyyətlərindən, yazıçının əldə etdiyi uğurlardan danışacaqlar.

Tədbir çərçivəsində görkəmli yazıçının kitablarından ibarət sərgi təşkil olunacaq. Həmçinin K.Abdullayevin yaradıcılıq fəaliyyətindən bəhs edən film nümayiş etdiriləcək.

Sonda akademik K.Abdullayev görüş iştirakçılarının çoxsaylı suallarını cavablandıracaq.

KÖŞƏ YAZARLARI
TOP 10