Görkəmli ədəbiyyatşünas alim Salman Mümtazın naməlum əlyazması aşkar edilib

22 Baxış

Salman Mümtaz əlyazmaGörkəmli ədəbiyyatşünas alim Salman Mümtazın itmış əsərlərindən biri – “100 şair” kitabı aşkar edilib.

Bu yaxınlarda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Şəlalə Ana Hümmətli Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən “Azərnəşr”in arxivindəki materialları araşdırarkən S.Mümtazın naməlum əlyazmalarını aşkar edib. AMEA-nın məlumatına görə, həmin əlyazma sənədlərinin uzun illərdir itmiş “100 şair” kitabının parçalanmış hissələri olduğu aydınlaşdırılıb.

Müxtəlif qovluqlarda saxlanılan bu qiymətli əlyazmalardan hələlik 50-yə yaxın şairin tərcümeyi-halı və şeirlərindən nümunələri toplayan tədqiqatçı hazırda onların ərəb qrafikalı əski əlifbadan müasir əlifbaya transfoneliterasiyası ilə məşğuldur.