Görkəmli mədəniyyət və ictimai xadimlərin yubiley tədbirləri

28 Baxış

Azərbaycan Dövlət Akademik Milli Dram TeatrıFevralın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor Əliheydər Ələkbərovun 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, nazirliyin təşkilatçılığı ilə baş tutan yubiley tədbirinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərlidir.

 Gecədə Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət bildirib ki, Ə. Ələkbərovun teatr fəaliyyəti Azərbaycan mədəniyyətinin zənginləşməsinə səbəb olub: “Əliheydər Ələkbərov gözəl insan, gözəl pedaqoq və istedadlı rejissor idi. Mən Əliheydər müəllimin ailəsi ilə çox yaxın idim, biz bir yerdə çalışırdıq və ortaq tələbələrimiz bu gün də fəaliyyət göstərir, səhnədə çıxış edirlər. Onu hər zaman rəhmətlə, sayğı ilə anırıq. Əliheydər müəllimin əziz xatirəsi Akademik Milli Dram Teatrında hər zaman yaşayacaq”.

 Xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov, əməkdar artist Əli Nur və başqaları Ə. Ələkbərovun həyat və yaradıcılığından danışıb, onun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs ediblər.

Tədbirdə Ə. Ələkbərovun quruluş verdiyi “Almaz”, “Göz həkimi” tamaşalarından parçalar nümayiş olunub.

Qeyd edək ki, Ə. Ələkbərov 1915-ci il iyulun 26-da anadan olub. Yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960-1967-ci illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib. O, 1975-ci il martın 3-də vəfat edib.

Ceyhun Hacıbəyli 1253 fevral 2016-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.

Sonra Azərbaycan Respublikası Nazirlər Kabineti Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Ceyhun Hacıbəyli irsinin tədqiqatçısı, Filologiya üzrə fəlsəfə doktoru Abid Tahirli, AMEA Akademik Z.Bünyadov ad. Şərqşünaslıq institutunun aparıcı elmi işçisi, Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının musiqi şöbəsinin müdiri Səadət Qarabağlı, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşı Mirzəbala Əmrahov, S.Mumtaz ad. Dövlət Ədəbiyyat və İncəsənət arxivinin direktor müavini Könül Nəsibova çıxış etmişlər.

Tədbirdə Ceyhun Hacıbəyliyə həsr olunmuş və muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou təqdim edilmiş, foto-sərgi nümayiş olunmuşdur.

Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Fərid Əliyev, Elnur Zeynalov, Nigar Şabanova, Azərbaycan Respublikasının Əməkdar artisti Elxan Mansurov, Gülşən İbadova, Nərmin Qasımlı, BMA-nın tələbəsi Aysel Şahbazlının ifalarında Hacıbəyovlar nəslinin görkəmli mümayəndələri Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Niyazinin və Soltan Hacıbəyovun əsərlərindən ibarət musiqi nömrələri ifa olunmuşdur.

 

Əliabbas Qədirov2016-cı il fevral ayının 17-də isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əliabbas Qədirovun 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcəkdir.

Azərbaycan teatr sənətinin istedadlı nümayəndələri sırasında görkəmli teatr və kino aktyoru, mərhum sənətçi, Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Əliabbas Qulu oğlu Qədirovun layiqli yeri vardır.

O, 1964-1969-cu illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsində təhsil almışdır. 1970-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çalışan sənətçi burada yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaratmışdır. Onun böyük ustalıqla ifa etdiyi Yusif (“Xəyyam”, H.Cavid), Surxay, Balaş, Oqtay (“Aydın”, “Sevil”, “Oqtay Eloğlu”, C.Cabbarlı), Heydər ağa, Vəli (“Hacı Qara”, “Xırs quldurbasan”, M.F.Axundzadə), Vaqif, Kürd Musa (“Vaqif”, S.Vurğun), Nicat, Mir Cəfər Bağırov, Kərim bəy (“Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, İ.Əfəndiyev), Qazan xan (“Torpağa sancılan qılınc”, N.Xəzri), Ferdinand, Qloster (“Fırtına”, “Kral Lir”, U.Şekspir), Şeyx Nəsrullah (“Ölülər”, C.Məmmədquluzadə), M.F.Axundzadə (“Brüsseldən məktublar”, H.Həsənov), Qara Xaqan (“Özümüzü kəsən qılınc”, B.Vahabzadə), Nostradamus (“Hələ “sevirəm” deməmişdilər…”, R.Novruz), Tağıyev (“Mesenat”, Ə.Əmirli) və başqa obrazlar milli teatrımızın parlaq səhifələri kimi yaddaşlara həkk olunmuşdur.

Ə.Qədirov “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi 62 bədii və tammetrajlı filmlərdə uğurla çəkilmişdir. Azərbaycan Milli Televiziyasında hazırlanmış bir çox teletamaşalarda maraqlı rollar oynamış aktyor, “Komediyalar aləminə səyahət” verilişinin ilk aparıcısı olmuşdur.

Ə.Qədirov 2002-2006-cı illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru vəzifəsində çalışmışdır.

Sənətçi 1982-ci ildə Əməkdar Artist, 1989-cu ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. 1978-ci ildə “Sevinc buxtası” filminə görə o, Dövlət mükafatı almışdır.

Bölmə : Sənət xəbər