Kitabevim.az kitab marketində yazıçı Məsudə Cabbarın “Göy qurşağının bitdiyi yer” adlı kitabının imza mərasimi keçirilib.
Mərasimdə yazarın qələm dostları, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Məsudə Cabbar qonaqları salamlayıb. Daha sonra tədbir iştirakçıları müəllif haqqında fikirlərini bölüşüblər. Sonda imza mərasimi keçirilib.