Gözəl qadınların bəxti çirkindir

96 Baxış

womanVəfa  Mürsəlqızı

 

Adamın sevməyə üzü də gəlmir

Eh,mənim sevməli yaşım deyil ki,
Vurula bilərəm,mənim əzizim,
Qorxuram ki, gücüm tükənə bir gün,
Yorula bilərəm mənim əzizim.

Mən uşaq deyiləm,nağıl dinləyim,
Səbr edim sonunu axırda bilim,
Mənim saçlarımda ağ tel qalmayıb,
Sevginin yolunda ağarda bilim.

Mən eşqə düşmənəm,sevgiyə yadam,
Özüm öz içimdə aza bilərəm,
Mən tanrı deyiləm bəxt yazım, adam,
Mən sənə nəğmələr yaza bilərəm.

Başlanır ömrümün yarpaq tökümü,
Payızı da bitmir,yazı da gəlmir.
Uşaqlar adama elə baxırlar,
Adamın sevməyə üzü də gəlmir.

Mən elə dəliyəm, elə ağıllı,
Çağırsan ardınca gələ bilərəm,
Eh,mənim sevməli yaşım deyil ki,
Eləcə yolunda ölə bilərəm!

 

 

Gözəl qadınların bəxti çirkindir

Sən məni sahibsiz qoyma,əzizim,
Qısqan yada məni,yaxına məni,
Qadınlar sahibsiz yazıq olurlar,
Ümid edib getmə çoxuna məni.

Qoyduğun torpaqda yatmır ki, qadın,
Axtar məzarının yeri tapılmaz,
O çox dediklərin şərəfsizdirlər,
Vallah axtaranda biri tapılmaz.

Sən məni sahibsiz qoyma, yazığam,
Hərdən gəl telimi qoxla, bəsimdir,
Blirəm mənimki deyilsən adam,
Gündə bircə dəfə yoxla , bəsimdir.

Bütün nahaqların dili uzundur,
Nahaqlar həmişə meydan sulayar,
Məni tənha qoyma Allah eşqinə,
Üstümə it hürər çaqqal ulayar.
Mənim səndən başqa yaxınım varmı?
Bütün adamların adı heç kimdir,
Mən gözəl qadınam, heyif, səd heyif ,
Gözəl qadınların bəxti çirkindir.

 

 

 

Düş gəl bağışlayaq bir-birimizi

Bütün nağıların almayla bitdi,
Bütün başlanğıclar sondan başladı,
Ən böyük yalanı anam danışdı,
Ömrümün yalanı ondan başladı.

Mən bir az aldatdım, bir az aldandım,
Gəlirim, çıxarım nə oldu axı?
Sənə tapşırdığım pis adamların,
Demədin axırı nə oldu axı?

Yadına gəlirmi yalvarışlarım?
Yadına gəlmirsə, nə deyim sənə?
Yadına gəlirmi aldanışlarım?
Bağışla unutdum, məndən sənə nə?

Qələmdə doğulur, kağızda ölür,
Bu şəhid şeirlər qazi şeirlər,
Oxuma cırıb at, məktublarımdır,
Bu dərdli şeirlər, asi şeirlər.

Mənim də olanım budur, incimə,
Haqq da taptayıram, haqq da yeyirəm,
Sən məni bağışla qirbanın olum,
Mən hərdən sənə də yalan deyirəm.

Mən elə bilirdim sən unutmazsan,
Dərdlərim yadında qalar, ilahi!
Bağışla, bilmirdim sən olan yerdə,
Bu boyda haqsızlıq olar İlahi!

Sən bir yaxşılıq et, mən də bir dua,
Ağlayım, göz yaşım ovutsun bizi,
Eh, mənim gəlməyə üzüm qalmayıb,
Düş, gəl bağışlayaq bir-birimizi.

 

 

 

 

 Qadın arzuları

 

Sən məni  sahibsiz qoyma,əzizim,

Qısaqan yada məni,yaxına məni,

Qadınlar sahibsiz  yazıq olurlar,

Ümid edib getmə çoxuna məni.

 

Qoyduğun torpaqda yatmır ki, qadın,

Axtar məzarının yeri tapılmaz,

O çox dediklərin şərəfsizdirlər,

Vallah axtaranda biri tapılmaz.

 

Sən məni sahibsiz qoyma, yazığam,

Hərdən gəl telimi qoxla, bəsimdir,
Blirəm mənimki deyilsən adam,

Gündə bircə zənglə yoxla , bəsimdir.

 

Bütün nahaqların dili uzundur,

Nahaqlar həmişə meydan sulayar,

Məni tənha qoyma Allah eşqinə,

Üstümə it hürər çaqqal ulayar.

 

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10