Artıq gözdən əlillər də rəsm əsərlərinə “baxa” biləcəklər.
İspaniyanın Pado muzeyi korlar üçün ilk rəsm sərgisi açıb.
Burada rəsm əsərləri 3D formatında nümayiş olunur.
Sərginin əsas devizi “İncəsənət nümunələrinə toxunun və onları hiss edin”dir.
Sərgidə rahat gəzə bilmələri üçün onlara Brayl əlifbası ilə yazılmış materiallar təqdim olunur və qalareyada audiobələdçilər quraşdırılıb.