Gülşən  Tanrıdaş  – Xocalıya cavab vermək

104 Baxış

GulseHər  bir  millət  olan  etnosun  tarixində  yüksəlişlə  bərabər  çöküş   məqamları da olur.  Zalımın  dünyasında  bu  yüksəliş  qəddar  despota  çevrilib  zəifləri  udmaq, yaratdığı  qan  teştinə  baxıb  zövq  almaqdır. Adilin  dünyasında  bu  yüksəliş  məzlumlara  dayaq  olmaq, ağı  qaradan  seçib qorumağa  bərabərdir.

Tariximiz  boyu  yüksəlişlərin  coşqusu  ilə  dünyaya  mərhəmət, ədalət, gözəllik  gətirdik. Saysız  dövlətlər, cahanşümül  imperiyalarla  haqqın  dəngəsini  qorumağa  çalışdıq. Bizim  güclü  olduğumuz  yerdə   haqqın   xeyir- duası  vardı. Bizim güc   olduğumuz  yerdə  Şeytan  zəifdi. Nə vaxt ki, güc  biz  idik  şeytan  qınına   çəkilmişdi. Elə  hər  şey  şeytanın  əzablarından  başladı. Axı  dünyaya  hökm  edən  qılıncın  tiyəsi  Tanrı  ədalətinə  yaxın  olduqca  onun  fəaliyyət  meydanı  daralırdı.

Beləcə  bizim də  çöküşümüz  bağlı  qapı arxasında  xosun –xosun  gedən  gizli  danışıqlardan,  açıq  döyüşlərdə  iman  və  qol gücünə  yenik  düşən   şərin  hiyləgər  planlarıyla   dünyaya    amansız  hökm  etmək  ehtirasından  başladı.

Əslində  dəfələrlə  ayaqlanıb  şahə qalxmaq  istəyən  bu qüvvə  Tanrı əsgərinin   qılıncının   tərs  üzüylə bir  neçə  kərə  yerində oturmağa  məcbur olmuşdu. İndi  XXI əsrdir. Millət  olaraq  çöküşümüzün  təməli  qoyulduğu  gündən  tam  500  ilə  yaxın  bir  zaman  məsafəsindəyik. Dövlət   olaraq  onurğa   sütünumuzun   sındırıldığı   gündən  isə  tam  200  ilə  yaxın  bir  zaman  adlamışıq. Bu  müddət  ərzində  əks  qüvvənin   nəfəsi  genişlənib, qara  ruhu  bütün  Yer   kürəsinə  pərvaz   edib. Bu  müddət  ərzində  biz  gerilədik,  hökmümüzü, gücümüzü, dövlətimizi itirdik,  ilahi  idarə  yetənəyimizdən  təcrid  olunduq. Hətta  gün  oldu  ki, zamanın  ölüm  və  qalım sualının  ağırlığı   altından  güc- bəla ilə  sıyrılıb  nəfəsimizə   nəfəs  qatdıq,  ocağımızı  sönməyə  qoymadıq,  söndürməklərinə  icazə  vermədik.  Saysız – hesabsız  soyqırımlarla, represiyalarla  ocağımızın  külünü   göyə  sovurmaq   istədilər. Fiziki  məhvlə, siyasi – iqtisadi  əsarətlə, tükədilən  milli  enerjimiz  bizi  mənəvi   aşınma,  ruh  defisiti  qarşısında  qoydu. Gün  oldu   ki, “biz  millət  deyilik” , “biz  hələ  millət  ola  bilməmişik”   deyib  aşağılanma  kompleksinə  də   qapıldıq,  özgüvənsizlik  yaşadıq.

Bu  gün  dünyanın  həmin   qara  rəngli    xərşəng    arenasında  bacara bildiyimiz  qədər  müstəqil  idarə etməyə  cəhd  etdiyimiz,  o  böyük  səltənətdən  əlimizdə  qalan  bir  tikə  üzərində  qoruyub  saxlaya  bildiyimiz,   ölçümüzə   dar   gələn  kiçik dövlətimiz   var. Bir  əsr  öncə  itirdiyimiz  dövlətçilik  yetənəyimizə   yenidən  qovuşmaq, millət  olaraq  tarixdən  silinib   getmək   təhlükəsini   önləmək,  gələcək  nəsillərə  mirasımızın  olduğunu  bildirmək və  çatdırmaq   üçün   dövrün   ağır  şərtləri  qarşısında  İrəvanımızı   qurban   verib, qalan   torpaqlarımızda  öz  ayaqlarımızı  yenidən  möhkəmlətmək   istədik.

Bundan   sonrası  hər   kəsə  məlumdur.  Bir  zaman “Türkmənçay” la damarımızı  kəsib   yurdumuza  hayların  kütləvi  köçürülməsini  təşkil  edən  çar Rusiyası  adlanan  bir  imperiyanın  sonra  da  Sovetlər  Birliyi  qiyafəsində  yenidən  dirçələn  dövlətçilik   ruhumuzu  qeyri-  bərabər  qüvvələr  və  əlverişsiz  siyasi  şərait  fonunda   boğmağı… Suriyanın  boz  səhralarından  dilənçi  sərgərdan  kimi gəlib  Türk İranının   bərəkətli  torpaqlarında  ətə – qana dolmuş  haylara türkdən  oğurladığı  “Ərmən”   adı altında bəlirsiz  tarixində  heç  vaxt   görmədiyi   bir  dövlət   qurmağı  və sairə  və  ilaxır…Nə  isə,  çox  şeylər oldu, çox  haqsızlıqlara məruz  qaldıq, çox  bəlalara düçar  olduq.  Yeni-  yeni  torpaq  itkiləri, soyqırımlar…

Məhz  “ermənistan”  adlanan  o  nöqtədən  sonra    faciələr  adlı bu  siyahını  çox  uzatmaq  olar.

Bu  gün  isə  tarix   2015 , 26  fevralı  göstərir. Müdhiş  hadisənin  keçdiyi  o gündən  düz  23  il  keçir. Biz  hələ  ki,  hadisələrə aydınlıq , “ Xocalıya  ədalət!” sorağındayıq. Biz hələ ki, səsimizi qulaqları “kar” olmuş dünyaya çatdırırıq. Dünya  isə,  sözümün əvvəlində   dediyim həmin   qara qüvvənin  əsarətindədi…

Ancaq, bir gün gələcək  bizə acı çəkdirənlərin hər birinə  almalı olduğu  layiqli  cavabı verəcəyik.

Onda,  “Xocalıya ədalət!” yox,  “Xocalıya cavab!”  istəyəcəyik. Onda faciələrimizi sübut etmək deyil, faciələrə əvəz diləyəcəyik.

-Xocalıya cavab vermək 1100 il  bundan öncə babamız  Babəkin etdiyi kimi, hayları bu torpaqlardan gəldikləri yerə qədər qovmaq ,son nəfərinə qədər təmizləmək olacaq…

-Xocalıya cavab vermək Türkmənçay müqaviləsi ilə belimizi sındırıb bizi  İranda və Qafqazda məqamdan salan Rusiyanı onun taleyində “Türkmənçay” olacaq bağlaşmaya məcbur edib diz çökdürmək olacaq…

-Xocalıya cavab vermək oğru pişik kimi fürsət gözləyib hər dəfəsində yadların əli ilə İran taxtına yiyələnən farsları 1400 il bundan öncəki sükütlarına kömüb İranda yenidən türk idarəsini və iradəsini bərpa etmək olacaq…

-Xocalıya cavab vermək tarixin arxa səhifələrindən həsrətlə boylanan dövlətçilik gücümüzə və milli xarakterimizə sahib çıxıb Səfəvilər dövlətimiz kimi Avropanı yenidən lərzəyə salmaq olacaq…

-Xocalıya cavab vermək bütöv bir qitəyə, materikə ad vermiş ulu Az Ər elinin alovu ilə dünyadakı   haqsızlıqları  qarsmaq, insanlığın üzünü güldürmək olacaq…

-Xocalıya cavab vermək türkün birliyinə nüvə olub Haqqın imperiyasını qurmaq olacaq…

-Xocalıya cavab vermək son yüzili uğursuz inqilablar şəhərinə çevrilmiş Təbrizi yenidən səltənət mirasına qovuşdurmaq olacaq…

-Xocalıya cavab vermək Bakı məşəlini türk çaxmaqı ilə alışdırmaq olacaq…

-Xocalıya cavab vermək talan olmuş yurdlarımızın ağrısını bütün damarlarda hiss etmək olacaq…

-Xocalıya cavab vermək İrəvanda yenidən ucaldılacaq türk qalasına kərpic olmaq olacaq…

Xocalıya cavab vermək bütün bunları bacarmaq olacaq…

Bunlar bir gün mütləq olacaq!
Onda ağlamağa, fəğan etməyə, inandırmağa ehtiyac qalmayacaq.

Xocalıya cavab vermək Tanrını sevindirmək, Şeytanı küsdürmək olacaq!!!

Onda Biz- Dövlət , Dövlət -Din- İman olacaq…

 

 26 fevral 2015…

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10