Günay Əfəndiyeva ilə Nərgiz Qurbanova arasında görüş

3 Baxış

hg

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova arasında görüş keçirilib.

Senet.az xəbər verir ki, örüş zamanı Günay Əfəndiyeva Nərgiz Qurbanovanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək rəhbəri olduğu qurumun fəaliyyətindən, xarici ölkələrdə təşkil edilmiş konfrans və seminarlardan, eləcə də türkdilli xalqların zəngin irsinin, mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə həyata keçirilən layihələrindən söz açıb.

Günay Əfəndiyeva, həmçinin müxtəlif sivilizasiyaların bir-birinə yaxınlaşdırılmasının vacibliyindən, eləcə də Fond və digər ölkələr arasında mədəni dəyərlərin təbliği məqsədilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğundan bəhs edib.

Nərgiz Qurbanova fondun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi istiqamətindəki fəaliyyətinin önəmindən bəhs edərək, yaxın gələcəkdə təşkilat ilə Polşa arasında layihələrin keçirilməsinə dair dəstək verəcəyini bildirib.

Fond tərəfindən Türk Dünyasının mədəni irsi ilə bağlı keçirilən tədbirləri yaxından izlədiyini vurğulayan Nərgiz Qurbanova, Fondum Türk dünyasının birliyi yönündə çoxyönlü fəaliyyətini yüksək qiymətləndirib.

Görüş fikir mübadiləsi ilə davam edib.

Bölmə : Sənət xəbər