Gündə 10 min addım atmaq faydalı deyil – Araşdırma

0 Baxış

hg

Elm adamları gündə 10 min addım əvəzinə yalnız 4 400 addım piyada gəzməyin insanı ciddi xəstəliklərdən qorumaq üçün kifayət edə biləcəyini açıqlayıblar.

525.az xəbər verir ki, tədqiqatçılar hər gün “10 min addım sağlamlıq üçün faydalıdır” fikrini təkzib edən araşdırma aparıblar. Belə ki, gündə 7500 addımdan sonra idmanın faydasının azaldığını təsdiq edilib. Həmçinin Harvard Tibb Fakültəsindən 10 min addımın həddindən artıq olduğu bildirilib. 10 min addım hədəfinə çatmaq üçün ortalama bir insanın gündə iki saat gəzməlidir, ancaq 4 min 400 addım üçün cəmi 53 dəqiqə kifayətdir.

Tədqiqatçılar bildirib ki, gündə bu hədəfi 1965-ci ildə Yaponiyada Yamasa Clock tərəfindən satılan ticarət pedometrindən gəlir. Cihaza 10 min addım mənasını verən “Manpo-kei” adı verilib. Gündəlik on min addımlıq hədəf bir reklam kampaniyası olaraq istifadə ediləndən sonra bütün dünyaya yayılıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yetkin insanlara həftədə ən azı 150 dəqiqə orta intensivlikli fiziki fəaliyyət və ya 75 dəqiqə güclü fiziki fəaliyyət göstərmələrini tövsiyə edir.

Bölmə : Elm