Günel Eminlinin “Cənnətdə payız” kitabı çap olundu

7 Baxış

91756_gf4q799sg0

“ATV Kitab”ın ”Parlaq imzalar” la növbəti 15-ci nəşri yazıçı Günel Eminlinin ”Cənnətdə payız” hekayələr və esselər toplusu işıq üzü görüb. 

Kitab ədəbiyyatımızın yeni nəslini təmsil edən yazıçının ilk orijinal kitabıdır. Belə ki, ali filoloji təhsil almış müəllifin indiyə qədər ”Yalanlar həqiqət arasında” adlı bir tərcümə kitabı işıq üzü görüb.
 
”Cənnətdə payız” hekayələr və esselər toplusu redaktoru Seyfəddin Hüseyli, bədii və texniki tərtibatçıları İsmayıl Süleymanlı və Azər Əsgərzadə, korrektoru Lətafət Səmədovadır.

”Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq hesab edir ki, 15-ci nəşr həm də onunla əlamətdardır ki, biz yenə gənc və xanım ədiblərə yer verdik. Çağdaş ədəbi mühitimizə yeni və istedadlı imza qazandırdıq.
  
“ATV Kitab seriyasının rəhbəri Səlim Babullaoğlunun fikrincə Günel Eminli olduqca istedadlı yazıçıdır: 

“Daha vacibi onun yaradıcı insan kimi cəmiyyətimizə ötürdüyü enerjidir. Bu enerji olduqca insani və safdır. 

Belə kitablara, belə insanlara, belə əsərlərə çox ehtiyac var. Günel səmimidir. Bəzən bir əsərdə Parisin bir uydurma küçəsindən bəhs edilər və həmin küçə o şəhərin xəritəsində olmasa belə, biz o şəhəri həmin küçəsilə daha çox sevərik. İstedadlı yazıçı Günelin kəşf elədiyi də bir küçə var: “Hay-haraylı dilənçi küçəsi”. Nə “google-map”də tapa bilərsiz o küçəni, nə Bakının hər hansı başqa xəritəsində. Amma siz o küçədə həmişə gördüyünüz həqiqətlərə bir başqa nəzərlə baxacaqsız. “Ana kimdir?” sualının əsrarəngiz cavabını alacaqsız. Onun ilk kitabında çoxlu böyük sualların adi görünən dərin cavabları var. 

O deyir ki, uşaqlıq cənnətdir, biz sözü yox, söz bizi seçəndə maraqlı olur, azadlıq-xoşbəxtlikdir… Günelin hekayələri esseləri qədər düşündürür, esseləri isə hekayələri qədər diridir, mütəhərrikdir. Fikrimcə, bu oxucularımızın, yeni milli ədəbiyyatımızın yeni nümunələrini gözləyənlərin özlərinə ən yaxşı hədiyyəsi ola biləcək bir kitabdır…”

KÖŞƏ YAZARLARI
TOP 10