Gürcü rəssamların “Dialoq”u sərgilənəcək

5 Baxış

111

Mayın 25-də “Natəvan” qalereyasında gürcüstanlı rəssamlar Avtandil Qurqenidze və Qriqoriy Apsiaurinin sərgisi açılacaq.

Sərgidə rəssamların 1996-2015-ci illərdə çəkdikləri şəkillər nümayiş etdiriləcək. Gürcüstan və Avropada bir çox sərgilər keçirmiş bu rəssamlar ilk dəfə olaraq Bakı sakinlərinə “Dialoq” adı altında ümumi layihə təqdim edəcəklər.

Avtandil Qurqenidze və Qriqoriy Apsiauri birlikdə beynəlxalq “Meteo” layihəsini həyata keçiriblər. Bu layihə çərçivəsində Kazbek dağının zirvəsində meteostansiyaların şəkli çəkilib. Layihə haqqında videomaterial “Natəvan” qalereyasında keçirilən “Dialoq” sərgisində göstəriləcək.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10