Gürcüstanda “Müasir Azərbaycan nəsri antologiyası” çap olunub

5 Baxış

15000268033647535566_1000x669

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda işıq üzü görüb.

Tərcümə Mərkəzindən Senet.az-a bildirilib ki, XX əsr Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazıçıların hekayələri toplanmış kitabı gürcü dilinə tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli çevirib.

Gürcüstanın “İntellekti” nəşriyyatında çap edilmiş kitabın redaktoru tanınmış tərcüməçi Manana Bostoğanaşvili, “Ön söz”ün müəllifi görkəmli gürcü yazıçısı Quram Odişariyadır.

Kitabın təqdimatının sentyabr-oktyabr aylarında Tbilisidə keçiriləcəyi gözlənilir.

KÖŞƏ YAZARLARI
TOP 10