“Gürcüstanın sehrli ritmləri” Heydər Əliyev Sarayında

6 Baxış

148362271926743916_1000x669

Yanvarın 27-də Heydər Əliyev Sarayında Gürcüstanın tanınmış rəqs kollektivləri və estrada müğənnilərinin iştirakı ilə konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, “Gürcüstanın sehrli ritmləri” adlı konsertdə Gürcüstanın tanınmış estrada müğənniləri Gia Nikoladze, Mariam Eliaşvili, Aysel Məmmədova və beynəlxalq müsabiqələrin laureatları və qalibləri olan “Martve”, “Samefo”, “Didgori” mahnı və rəqs ansamblları iştirak edəcəklər. Rəqs kollektivlərinin ifasında folklor (etnik) rəqslər və rəngarəng çıxışlar təqdim olunacaq.

Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

KÖŞƏ YAZARLARI
TOP 10