“Hədəf” 3000 kitab payladı – FOTOLAR

17 Baxış

21698124_726575494203749_1945447856_n

“Hədəf”in yeni filialının açılışında “Pulsuz 3000 kitab” aksiyası keçirildi.

Artıq 9 ildir ki, fəaliyyət göstərən “Hədəf Kursları” fəaliyyətə başladığı ilk illərdən təhsilimizin inkişafı, gənclərin maariflənməsi yolunda bir sıra addımlar atmış, buna dəstək məqsədilə bir neçə sosial layihə həyata keçirmişdir. Növbəti layihə yeni tədris ilinin başlanğıcında “Bilik günü” münasibətilə keçirilən “Pulsuz 3000 kitab” aksiyası oldu. Tədbir 16 sentyabr, 2017-ci il tarixində, 11:00-15:00 aralığında Hədəf Kursları və BMA-ın (Beyin Mühəndisliyi Akademiyası) təşkilatçılığı ilə “Hədəf”in yeni açılmış 20 Yanvar filialında baş tutdu.

Hər il ali məktəblərə hazırlaşan abituriyentlərin kitab və test vəsaitlərinin alınması ehtiyacı yaranır ki, bu ehtiyacı aradan qaldırmaq, insanların maariflənməsi, təhsilin inkişafı üçün “Hədəf Kursları” “Pulsuz 3000 kitab” aksiyası vasitəsilə 3000 dərslik, bədii kitab və test vəsaitləri ilə öz oxucularını sevindirdi. Layihəyə qoşulan kənar şəxslərin  də gətirdiyi istifadəyə yararlı, lakin ehtiyacları olmayan dərslik, bədii kitab və test vəsaitləri şagirdlərə ödənişsiz paylanıldı. Layihədə müxtəlif yaş qruplarından insanlar, eləcə də, Hədəf Kurslarının şagirdləri, işçi və müəllim heyəti, əvvəlki illərin məzunları, müxtəlif media nümayəndələri  iştirak etdi.

KÖŞƏ YAZARLARI
TOP 10