“Hədəf” ailəsi Dövlət Gənc Tamaşaçılar Teatrında olub

86 Baxış

xortdan“Hədəf” Nəşrləri və “Hədəf” kurslarının işçiləri Dövlət Gənc Tamaşaçılar teatrında olublar. Onlar Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı povesti əsasında hazırlanmış “Xortdanın cəhənnəm məktubları” tamaşasına baxıblar.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.

Tamaşada rolları əməkdar artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Bəhram Həsənov, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev ifa ediblər.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10