“Hədəf” ilə AzTU arasında əməkdaşlıq müqaviləsi imzalanacaq – Foto

1 Baxış

hedef-aztu2

 

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Hədəf” Şirkətlər Qrupunun təsisçi baş direktoru Şəmil Sadiq, “Hədəf Kursları MMC”nin icraçı direktoru Emin Sadiqov və qrupun İnsan resursları departamentinin rəhbəri Mehdi Əliquliyevlə görüşüb.

hedef-aztu1

Senet.az “Hədəf” Şirkətlər Qrupuna istinadən xəbər verir ki, rektor AzTU-da görülən işlər barədə qonağlara məlumat verib. Qeyd edib ki, universitet Hədəf Şirkətlər Qrupu ilə əməkdaşlığa önəm verir. Dövlət qurumları ilə özəl sektorun əməkdaşlığı ölkəmiz üçün çox faydalıdır.

hedef-aztu4

Şəmil Sadiq I ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər üçün AzTU-da “Açıq qapı” günlərinin təşkili, mühəndislik peşəsinə marağı olan yuxarı sinif şagirdlərin texniki biliklərinin artırılması ilə bağlı kursların keçirilməsini təklif edib. Bildirib ki, rəhbərlik etdiyi şirkətin 10 filialı var.

hedef-aztu3

Vilayət Vəliyev sözügedən filiallarda I və II ixtisas qrupları üzrə hazırlaşan abituriyentlərin AzTU-ya marağı nəzərə alınaraq yaxın günlərdə onlarla onlayn görüşünün təşkil edilməsinin məqsədəuyğun olacağını nəzərə çatdırıb.

Qeyd edək ki, yaxın günlərdə AzTU ilə “Hədəf” Şirkətlər Qrupu arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

hedef-aztu5

Bölmə : Xəbər