“Hədəf Kursları” MMC –nin rəhbərliyi “Hədəf” jurnalı və Hedef.az saytının təsisçilərinə xəbərdarlıq məktubu ünvanlayıb. Məktubda deyilir ki, “Hədəf Kursları” MMC rəsmi olaraq 2008-ci ildən qeydiyyatdan keçərək fəaliyyətə başlayıb. “Hədəf” əmtəə nişanı Azərbaycan Respublikası əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınıb.
Buna əsasən də, “Hədəf” adı çəkilən jurnal və saytın istafədəsinə xitam verəsiniz. Əks təqdirdə Hədəf Kursları MMC rəhbərliyi olaraq məhkəməyə müraciət edəcəyik.
Qeyd edək ki, sözügedən xəbərdarlıq “Hədəf” brendi altında fəaliyyət göstərən bütün müəssisələrə aiddir.