“Hədəf” Kurslarının məzunu “Səs Azərbaycan”-da uğur qazandı – VİDEO

540 Baxış

musa“Hədəf” Kurslarının məzunu, 20 yaşlı gənc istedad Musa Abdullayev “Səs Azərbaycan” yarışmasında münsiflər heyətinin yekdil qərarı ilə növbəti mərhələyə keçib.

Mübariz Tağıyev, Tünzalə Ağayeva, Manana və Faiq Ağayev onun haqqında yüksək fikirlər səsləndiriblər. Musa Abdullayev müsabiqənin qaydalarına əsasən münsiflər heyətindən Mübariz Tağıyevi seçib.

Qeyd edək ki, indiyə qədər “The Voice” dünyanın 50-dən çox ölkəsinin ən nüfuzlu telekanallarında nümayiş olunub və beynəlxalq musiqi aləminə yüzlərlə unikal, gözəl, mükəmməl səs və maraqlı performans bəxş edib. Milyonlarla tamaşaçı ordusu toplayan, izləmə rekordu qıran bu məşhur layihə ilk dəfədir ki, Azərbaycan teleməkanında keçirilir. Yeni televiziya mövsümündən başlayaraq, tamaşaçılar AzTV-nin efirində əsrarəngiz səs sahiblərinin aşkara çıxarılması mərhələsini izləyə biləcəklər.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10