“Hədəf Kursları” MMC, BDU-nun “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası” , İstanbul Aydın Universitetinin, Hədəf Karyera Mərkəzinin birgə təşkilatçılığı və Senet.az ədəbiyyat portalının informasiya dəstəyi ilə gənc jurnalistlər üçün keçirilən 3 aylıq təlim bu gün yekunlaşdı. Üç aylıq təlimin sonunda gənc jurnalistlərə sertifikat təqdim olundu, həmçinin Hədəf Kursları təlimçilərə təşəkkürnamə də təqdim etdi. Təlimçilər Şəmil Sadiq, Elçin Əlibəyli, Vüqar Zifəroğlu , Elxan Şükürlü, Fərid Azəri, Mübariz Əhmədov , Elvin Əliyev keçirilən üç aylıq təlimlə bağlı öz fikirlərini bölüşdülər.