Hədəf liseyində növbəti – “Hədəfdə Stem-3” təlim-treninqi keçirildi

10 Baxış

 

1

16 noyabr 2019-cu il tarixində Hədəf Stem liseyində növbəti bir təlim-treninq – “Hədəfdə Stem-3” baş tutdu.

Stem Junior, Stem İCT, Humanitar blok, Xarici dil bloku və Stem Nature adları altında qruplaşdırılmış təlimlərdə istər Bakıdan, istərsə də müxtəlif rayonlarından təlimlərimizə qoşulmuş müəllim heyəti iştirak etdi.
Təlimlərdə müasir dövrdə təhsil sahəsində ən çox tətbiq edilən yanaşmalardan biri olan STEM sahəsində təcrübələr bölüşülmüş, fənlərin inteqrasiyası və konstruktiv təhsil nəzəriyyəsinə əsaslanan təlim modelləri təqdim edilmişdir.
Liseyin direktoru Şəmil Sadiqin “Hədəfsayağı Stem” adlı məruzəsinin ardından Stemim Mərkəzinin və layihənin rəhbəri Fatimə Mürşüdovanın məruzəsi dinlənildi.
Məruzələrin ardından təlim iştirakçıları müxtəlif fənn blokları üzrə təşkil olunan model dərslərdə iştirak etdilər. Təlim-treninqlərin sonunda iştirakçılar və təlimçilərə sertifikatları təqdim edildi.

 

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10