“Hədəf Nəşrləri” “Açıq kitabxana”nın elektron xidmətlərinin təqdimatında iştirak edəcək

28 Baxış

 

yarmarkax

May ayının 3-də, saat 14:00-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”nın elektron xidmətlərinin təqdimatı keçiriləcək.

Senet.az-ın Təqdimat müddətində müəlliflərlə “imzalı görüşlər” də təşkil olunacaq. Həmin gün eyni zamanda Bakı Şopinq Festivalı (Baku Shopping Festival) çərçivəsində kitab satışı da təşkil ediləcək.

Tədbirə “Hədəf Nəşrləri” də öz müəllifləri il qatılacaq. Belə ki, yazıçı, “Hədəf” Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Varis Yolçuyev, Əlabbas, Xanəmir Telmanoğlu, Azad Qaradərəli, Sevinc Elsəvər, Kənan Hacı,Pərvin, Cəlil Cavanşir və başqa ədiblər oxucularla görüşməklə yanaşı, kitablarını imzalayacaqlar.

Qeyd edək ki, tədbirdə “Hədəf Nəşrləri”nə məxsus kitabların satışı 30% endirimlə həyata keçiriləcəkdir.

KÖŞƏ YAZARLARI
TOP 10