Hədəf Nəşrləri aztəminatlı ailələr üçün pulsuz kitab yarmarkası keçirəcək

102 Baxış

hedefshekilOktyabrın 26-dan etibarən Hədəf Nəşrləri Kitabevim.az kitab marketində aztəminatlı ailələr üçün yeni stend açacaq.

Stenddə pulsuz olaraq abitruyinetlər və məktəblilər üçün dərsliklər, metodik vəsaitlər qoyulacaq. Bu barədə Senet.az-a açıqlamasında nəşriyyatın direktoru Müşfiq XAN məlumat verib. O, bildirib ki, bu addım ilə aztəminatlı ailələrin uşaqlarının əlavə xərclərdən azad etmiş olacaqlar: “Kitabevim.az kitab marketində yaradacağımız bu stenddə Hədəf Nəşrlərində çap olunmuş dərsliklər, metodik vəsaitlər yerləşdiriləcək. Abituriyentlər və məktəblilər bu kitablardan pulsuz istifadə edə biləcəklər”.

Müşfiq XAN digər illərin məzunlarını da bu kampaniyaya qoşulmağa dəvət edib. O, bildirib ki, hər kəs evindəki dərslikləri bu stendə təqdim edə bilər.

 

KÖŞƏ YAZARLARI
TOP 10