“Hədəf” Nəşrləri Belarusiyada XXII kitab sərgisində – FOTOLAR      

67 Baxış

DSC07275Fevralın 11-də  Belarusiyanın Minisk şəhərində ənənəvi XXII kitab sərgisinin açılışı baş tutub. Sərginin fəxri qonağı Çin Xalq Respublikasıdır. 40-a yaxın ölkənin iştirak etdiyi sərgidə Azərbaycan stendi də yer almışdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə hazırlanan stenddə 200 adda kitab yerləşdirilib.

Daha çox Azərbaycan Respublikasının tarixini, mədəniyyətini özündə əks etdirən kitablarla yanaşı, 2015 Avropa oyunlarının keçirilməsi bağlı broşüra və fleyrlər iştirakçılara paylanılmışdır.

Azərbaycan nümayəndə heyətinin tərkibində Tərcümə mərkəzi və Hədəf Nəşrlərinin nümayəndələri iştirak edir.

“Hədəf” Nəşrlərindən senet.az-a verilən məlumata görə Hədəf Nəşrləri tərəfindən nəşr edilmiş, f.ü.f.d., dos. Şəmil Sadiqin “Azərbaycan Dilini öyrənirəm” adlı dərs vəsaiti iştirakçıların diqqətini cəlb etmişdir. Adı çəkilən kitab qonaqlara hədiyyə edilmişdir.

Sərgi 15 fevaral tarixinə qədər davam edəcəkdir.

 

Senet.az

KÖŞƏ YAZARLARI
TOP 10