Hədəf Nəşrləri bir aylıq kitab sərgisinə başlayır

28 Baxış

15 avq-15 sent kitab sergi

“Hədəf” Nəşrləri və “XAN” nəşriyyatı Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti Kitab Sərgi-Yarmarkasına start verir. Sərgi-Yarmarka avqust ayının 15-dən etibarən bir ay müddətində Binəqədi rayonunda yerləşən H.Əliyev adına parkda keçiriləcək. Həftənin bütün günləri təşkil olunacaq Kitab Sərgi-Yarmarkası hər gün saat 11:00-dən 22:00-yə qədər davam edəcək. Sərgi müddətində “XAN” nəşriyyatının yazarlarının oxucularla görüş günləri nəzərdə tutulub.

Qeyd edək ki, sentyabrın 15-nə qədər davam edəcək Kitab Sərgi-Yarmarkasında nəşrlərə böyük endirimlər olacaq.