“Hədəf” nəşrləri və “XAN” nəşriyyatı kitablarına endirim yarmarkası davam edir

10 Baxış

18698171_246993635779984_4068137231685775096_n

Azərbaycan Milli Elmlər Akademiyasının parkında (Hüseyn Cavid prospekti 115) “Hədəf” Nəşrləri və “XAN” nəşriyyatı kitablarına ilin ən böyük endirim yarmarkası davam edir.

Senet.az-ın məlumatına görə, kitab yarmarkası mayın 12-dən etibarən bir ay müddətində həftənin cümə və şənbə günlərində, saat 11:00-18:00 arasında Azərbaycan Milli Elmlər Akademiyasının parkında (Hüseyn Cavid prospekti 115) keçirilir.

Qeyd edək ki, yarmarkada əksəriyyəti bədii əsərlər olan kitablar oxuculara2 manatdan başlayan qiymətlərlə təqdim edilır. Kitablar arasında son illərin yeni tərcümələri, gənc yazarların və klassiklərin əsərləri, xatirə ədəbiyyatına aid olan kitablar, o cümlədən uşaq nəşrləri yer alıb.

Bu həftə keçiriləcək yarmarkada 3 kitab alan oxuculara 1 jurnal hədiyyə ediləcəkdir.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10