“Hədəf Nəşrləri” və “XAN” nəşriyyatı yay oxu marafonu elan edir

24 Baxış

103606203_2522115804554878_8510734598114171569_n

Oxu, hədəfinə çat!

Yay oxu marafonu – 2020

“Hədəf Nəşrləri” və “XAN” nəşriyyatı yay oxu marafonu elan edir!

Adətən, kitab oxumaq sadəcə asudə vaxtı dəyərləndirmək və ya əlavə məlumat əldə etmək kimi qəbul olunur. İnsanlar mütaliə etməklə mənəvi aclığını doyurur, fərqli dünyalar və yeni xarakterlərlə tanış olurlar. Biz sizi bu marafonda daha üstün təcrübələr qazanmağa dəvət edirik. Sizi oxuduğunuz kitablara görə kimsə imtahan edibmi? Bu işi bizə həvalə edin! Siyahıda göstərilən kitabları oxuyun, imtahandan qalib çıxaraq müxtəlif pul mükafatı və kitab hədiyyələri qazanın!

Marafonda iştirak etmək üçün nə lazımdır?

– Qeydiyyatdan keçmək;

– Siyahıda göstərilən kitabları oxumaq;

– 22 avqust tarixində keçiriləcək viktorinada iştirak etmək və siyahıda göstərilən kitablar əsasında hazırlanan 20 suala düzgün cavab vermək.

 

Qeydiyyatdan keçmək üçün nə lazımdır?

– Ad, soyad və ata adı;

– Əlaqə nömrəsi;

– Şəxsiyyət vəsiqəsinin FİN kodu;

– 10 azn qeydiyyat haqqı.

 

İlk beş yerin qalibi mükafatlandırılacaq:

I yer – 1000 azn və diplom;

II yer – 500 azn və diplom;

III yer – 300 azn və diplom;

IV və V yer – “Hədəf Nəşrləri”ndən kitab hədiyyə paketi və kitabevim.az mağazasının endirim kuponu.

 

Marafonda oxunacaq kitablar:

 

1. Məmməd Altunbay – “Azadlığa uçan türk” (“Xatirə ədəbiyyatı” silsiləsi)

2. “Tarkovski haqqında xatirələr” (“Xatirə ədəbiyyatı” silsiləsi)

3. İsa Muğanna – “İdeal”

4. Çingiz Dağcı – “Onlar da insandı”

5. İmran Qasımov, Həsən Seyidbəyli – “Uzaq sahillərdə”

6. Piter Kouter – “İnandırmaq və təqdim etmək”

7. Ceylan Mumoğlu – “Sev və inan”

8. İtalo Kalvino – “İkiyə bölünmüş Vikont”

9. Piter Ceyms – “Ölüm qədər sadə”

10. Ernest Seton Tompson – “Heyvanlar haqqında hekayələr”

 

 

Qeydiyyatdan keçmək üçün ünvanlar:

 

“Kitabevim.az” mağazası

Ünvan: Bakı, Puşkin küçəsi, 32a, AK center II mərtəbə

Əlaqə tel: 055 877 24 44

 

“Hədəf Nəşrləri”

Ünvan: Bakı, Tbilisi prospekti, 72

Əlaqə tel: 070 523 01 34