“Hədəf Nəşrləri” və XAN” nəşriyyatından 50 faizlik endirim kampaniyası!

72 Baxış

 

001 book

Pandemiya şəraitində ən çox zərər görən sahələrdən biri nəşriyyatçılıqdır. Ötən 2020-ci il ərzində əhali gəlirlərinin aşağı düşməsi və nəticədə kitab mağazalarında satışın qənaətbəxş olmaması, eləcə də kitab mağazalarının işləməməsi səbəbindən nəşriyyatlar iflic vəziyyətinə düşdü. Davam edən karantin rejimini nəzərə alsaq, nəşriyyatların ümumi vəziyyəti hələ də kritik olaraq qalır. “Hədəf Nəşrləri” və “XAN” nəşriyyatı da eyni taleyi yaşayır, ayaq üstdə durmaq üçün bütün gücü ilə çalışır. Bütün bu vəziyyəti gözə alaraq, həm oxucular, həm də nəşriyyatın sabahı üçün yeni endirim kampaniyasına başlayıb. Belə ki, kitabevim.az və Sinkod mağazalarından alınan “Hədəf Nəşrləri” və “XAN” nəşriyyatının kitablarına 50% endirim təklif edilir. Bununla məlum nəşriyyatlar qismən də olsa, vəziyyətdən çıxmağı, eyni zamanda nəşr etdiyi kitabların oxuculara daha sərfəli şərtlərlə çatmasını hədəfə alıb. Sözügedən kampaniya 31 yanvar 2021-ci il tarixinə kimi davam edəcək.

Yalnız bir şərt var ki, alışın ümumi endirimli həcmi 50 azn-i keçməlidir.

Kitab alaq, nəşriyyatlarımıza dəstək olaq!

Kampaniya barədə ətraflı məlumat almaq üçün telefon nömrələri:

Kitabevim.az mağazası: (+994 55) 877 24 44

Sinkod mağazaları: (+994 51) 438 85 85; (+994 50) 206 66 18

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10