Hədəf Nəşrləri VI Beynəlxalq Kitab Sərgi-Yarmarkasında maraqlı qarşılanıb

20 Baxış

1568535098_ernest_heminquey_manshet

27-29 sentyabr tarixlərində Bakı İdman Sarayında VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov, Mədəniyyət naziri Əbülfəs Qarayev Hədəf Nəşrlərinin stendini ziyarət edib. Hədəf Nəşrlərinin “Xatirə Ədəbiyyatı” seriyası ilə tanış olublar.

Bununla yanaşı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da Hədəf Nəşrlərinin stendini ziyarət edərək, nəşriyyat haqqında fikirlərini bölüşüb: “Hədəf Nəşrləri daim türkçülük ideologiyasını özündə əks etdirən layihələrə imza atır. Bu layihələrin bəzilərində şəxsən özüm də iştirak etmişəm. Bu gün eşitdim ki, nəşriyyatın 10 illik yubileyidir. Bu münasibətlə bütün kollektivi təbrik edirik”.