“Hədəf Nəşrləri”ndə müəllif tenderi iştirakçıları ilə görüş – Fotolar

2 Baxış

hg

 

Xəbər verdiyimiz kimi, “Hədəf Nəşrləri” “Balabilgə” uşaq seriyası kitabları üçün müəllif tenderi elan edib. İlk layihə – 10 kitabdan ibarət silsilə “Bilgənin macəraları” adlanacaq. Aprelin 30-da tenderə qatılan müəlliflərlə görüş keçirilib.

No description available.

Senet.az xəbər verir ki, görüşdə “Hədəf Nəşrləri”nin təsisçisi, dosent, yazıçı Şəmil Sadiq giriş nitqi ilə çıxış edərək tenderin məqsədindən danışıb. Bildirib ki, layihə vasitəsilə durğun kitab sənayesinə canlılıq, hərəkət gətirmək hədəf seçilib. Uşaq ədəbiyyatı sahəsindəki boşluqlara da toxunan Ş.Sadiq tenderin məqsədinin bu boşluğu nisbətən doldurmaq olduğunu da ifadə edib.

No description available.

Dosent kitab indüstriyasındakı problemlərdən, çatışmazlıqlardan, Azərbaycan müəllifinin dünyaya çıxmasının önündəki çətinliklərdən bəhs edib, bu məsələlərin həll yollarından danışıb.

Daha sonra “Hədəf Nəşrləri”nin direktoru, yazıçı-tərcüməçi Səbuhi Şahmursoy çıxış edərək tenderin şərtlərini bir daha nəzərə çatdırıb, texniki tərəflərinə aydınlıq gətirib.

No description available.

O qeyd edib ki, tender qalibinə 10 hekayə müqabilində 2500 manat qonorar ödəniləcək.

10 mövzunu əhatə edən layihədə ilkin olaraq sınaq mərhələsi elan edilib.

No description available.

Sonda tender iştirakçıları ilə diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Əlavə məlumat üçün bildirək ki, görüş karantin qaydalarına tam riayət etməklə keçirilib. Belə ki, iştirakçıların əksəriyyəti toplantıya videokonfrans vasitəsilə qatılıb.

Xatırladaq ki, tenderə 51 müəllif qatılıb. İki mərhələdən ibarət tenderin sonunda bir qalib seçiləcək.

Bölmə : Manşet, Ədəbiyyat
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10