Hədəf Şirkətlər Qrupu Dilqəm Əhmədi mükafatlandırdı

109 Baxış

diqlem

Gənc araşdırmaçı Dilqəm Əhməd Hədəf Şirkətlər Qrupu tərəfindən mükafata layiq görülüb.

 

Senet.az xəbər verir ki, Dilqəm Əhməd Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılmasında verdiyi töhfələrə görə təlftif edilib. Ona “Xan Xatirə Ədəbiyyatı” seriyasından 48 kitabdan ibarət qutu hədiyyə edilib. Bu barədə Hədəf Şirkətlər Qrupunun direktoru Şəmil Sadiq öz şəxsi feysbuk hesabında məlumat paylaşıb və gənc araşdırmaçının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı sərəncam imzalamışdı. Bununla əlaqədar görülən işlər hələ də davam etdirilir, tədbirlər keçirilir.

 

xatire