Hədəf STEAM Liseyi “Təmiz əllər” adlı onlayn rəsm müsabiqəsi elan edir

66 Baxış
93687047_1077253589319735_6316508651611750400_o
Əziz şagirdlər, Hədəf STEAM Liseyi sizin üçün “Təmiz əllər” adlı onlayn rəsm müsabiqəsi elan edir. Rəsm müsabiqəsinin məqsədi təmizliyi, paklığı boyalarla canlandırmaqla şagirdlərin gigiyena qaydalarını öyrənməsi, onlara əməl edilməsinin vacibliyini bir daha xatırlatmaqdır.
Müsabiqənin şərtləri:
1. Müsabiqəyə müxtəlif rəngkarlıq və qrafika janrlarında işlənmiş rəsm işləri təqdim edilə bilər.
2. Rəsmlər A3 və A4 formatında olmalıdır. Material – kətan, kağız, karton, yağlı boya, akril, quaş, pastel, rəngli karandaş və flomasterlər, qarışıq texnika
3. Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi ilə qatıla bilər.
4. Rəsm işləri Hədəf Liseyinin Feysbuk səhifəsindəkielan paylaşımının altında yerləşdiriləcək və iştirakçılar dostlarını virtual sərgiyə çağıraraq, rəsm işlərini bəyənməyə dəvət edəcək.Şəklin postunda şagirdin ad və soyadı, oxuduğu məktəb və sinif qeyd olunmalıdır.
5. Müsabiqədə I-XI sinif şagirdləri iştirak edə bilər.
6. Müsabiqənin şərtlərinə uyğun olaraq rəsmin ideyasına xüsusi diqqət yetiriləcək.
7. Rəsm işlərində əl və ya barmaq şəkillərinin olması əsas şərtdir.
8. Müsabiqə elan olunduğu gündən 30 aprel 2020-ci il saat 12:00- dək davam edəcək.
Müsabiqənin yekunu:
1. Müsabiqənin 10 nəfər qalibi bir günlük Hədəf STEAM Liseyinin qonağı olaraq, yaşıdları ilə bir sinifdə dərs günü keçirərək əylənərək öyrənəcək. Əgər qalib Hədəf liseyi şagirdi olarsa, o zaman istədiyi bir dostunu dəvət edə bilər.
2. 5 rəsm işi ən çox bəyənilən işlərdən, 5 rəsm isə Lisey rəhbərliyi tərəfindən 01 may 2020-ci il tarixində qalib elan ediləcək.
3. Qaliblər “Hədəf” və “Xan” nəşrlərındən yaşına uyğun kitab hədiyyəsi alacaq.

Müsabiqə ilə bağlı ətraflı şəkildə: http://hedefliseyi.edu.az/ tanış ola bilərsiniz.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10