Hədəf STEM Liseyi robot texnologiyası üzrə dünya nəhəngi ilə müqavilə imzaladı

17 Baxış

make

Hədəf Liseyi STEM, robototexnika və kodlaşdırma tədrisi üçün məhsullar istehsal edən tanınmış “Makeblock” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

Qeyd edək ki, dünyanın 140 ölkəsində 20 mindən çox məktəb STEM və kodlaşdırma təhsili üçün “Makeblock” şirkətinin Airblock, mBot, mBlock, Maker kitləri, Ultimate, Neuron kiti, Codey Rocky, mBot Ranger və digər məhsullarından istifadə edir. 2017-ci ildə dünya üzərə 4.5 milyon insanın proqram təminatı və məhsullarından istifadə etdiyi şirkətin satış həcmi, 70%-i ixrac olmaqla, 30 milyon ABŞ dolları olmuşdur. Şirkət hər il “MakeX” adlı robototexnika yarışına da ev sahibliyi edir. Avropa, Amerika, Yaponiya və Honq Konqda şöbələri olan şirkətin məhsullarından istifadə edən məktəb sayı təkcə Fransada 6 mindən çoxdur.

Ölkəmizin STEM mərkəzli təhsil verən ilk məktəbi olan Hədəf Liseyi, “Makeblock” şirkətinin Azərbaycan üzrə ekskluziv nümayəndəsi olaraq mühəndislik tədrisində “Makeblock” məhsullarından istifadə etməklə yanaşı, şirkətlə əlaqədar mövzularda birlikdə seminarlar, təlimlər, olimpiadalar keçirmək və ortaq kurrikulum hazırlamağı nəzərdə tutan müqavilə imzalayıb.

Bölmə : Elm, Manşet
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10