Hədəf STEM Liseyində “Bilik Günü” qeyd olunub

20 Baxış

photo5474613981659376495

Hədəf Liseyi, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edildiyi təhsil müəssisəsidir. Lisey təhsil proqramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq, STEM konseptini əsas götürür. Liseyin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. Hədəf konseptinin məqsədi yaxın gələcəyin milli və bəşəri dəyərlərini mənimsəmiş sağlam, bacarıqlı, yaradıcı və bilikli insanı yetişdirməkdir ki, o bir Bilgə İnsan kimi millətinə və bəşəriyyətinə faydalı olsun.

16 sentyabr 2019-cu ildə Hədəf STEM Liseyində “Bilik Günü” qeyd olunub. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “ Yalnız təhsil, bilik və texnologiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir” sözləri ilə başlayan aparıcı çıxış üçün sözü Hədəf konseptinin müəllifi, Hədəf STEM Liseyinin qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqə verib. O, şagirdlərə uğurlar arzu etdi: “Hədəf STEM Liseyi olaraq 2038-ci ildə ilk məzunlarımızı verəcəyik. Düşünürəm ki, üçrəngli bayrağımızın Marsdan Saturna uçacağını görmək elə də uzaqda deyil. Məqsədimiz bunu edəcək gənclər yetişdirməkdir. Milli dəyərlərimizi itirmədən, dövlətçiliyimizi qoruyaraq, sabahımızın işıqlı gənci olmağınıza sizinlə bərabər mən də söz verirəm”.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini, ümummilli lider Heydər Əliyev ideyalarının sadiq davamçısı Bahar Muradova Hədəf STEM liseyi müəllim və balabilgələrini salamlayıb və yeni tədris ilində hər kəsə uğurlar arzu edib: “Mən sizi bu gözəl gündə – Bilik Günündə çox böyük sevgi ilə, çox böyük ümid ilə, gələcəyə inamla gəldiyiniz Hədəf Liseyində salamlayıram. Bu liseyin ikinci tədris ilinə başlamasından dolayı sizi təbrik edirəm. Bu liseyin darvazasından girəndə tam fərqli bir məkan gördüm. Hədəf Liseyinin mətbuatdan, sosial şəbəkədən, Şamil müəllimin danışdıqlarıdan, eşitdiyim, öyrəndiyim, təsəvvür etdiyimdən belə daha gözəl, daha işıqlı və daha inamlı bir mənzərə gördüm. Burada tamamilə fərqli bir konsept, fərqli yanaşma gördüm. Bu fərqliliyin içində milliliyi, öz milli dəyərlərinə sadiqliyi gördükdə mən çox sevindim”.

Tədbir liseyə ilk qədəmlərini qoyan birincilərin hazırladıqları təbrik şeirləri və idman rəqsləri ilə davam edib. Hədəf Liseyi 2020-ci ildə ilk məzun gününü yaşayacaq. Bununla bağlı aparıcı on birinci sinif şagirdlərini səhnəyə dəvət edib, onlar öz təəssüratlarını və həyəcanlarını bölüşüblər.

2018-ci ildə fəaliyyətə başlayan Hədəf STEM Liseyinin 5 ana prinsipi üzərində fəaliyyət göstərir. Bunlar Özünüdərk, Sağlamlıq, Bacarıq, Yaradıcılıq, Bilikdir ki, lisey bunları mənimsəyən Bilgə insan yetişdirməyi qarşısına hədəf qoymuşdur. 1-ci və 11-ci sinif şagirdlərinin köməyi ilə türk mifologiyasından alınan “Yaşam Ağacı” tamğasına 2019-cu ili bərkidilib.

Tədbirin sonuna yaxınlaşdıqca birincilərin və onbirincilərin müşayiəti ilə liseyin “BalaBilgə” andı içilib. Millətimiz və dövlətimiz üçün layiqli övlad olacaqlarına and içən şagirdlər bəşəriyyətə fayda verəcəyinə, bayrağımızı şərəflə dalğalandıracaqlarına söz veriblər.

Daha sonra millət vəkili Bahar Muradova liseyin binası ilə tanış olub, Ulu öndər Heydər Əliyevin büstü qarşısına gül dəstələri düzüb.

Sonda liseyin müəllim kollektivi ilə xatirə fotosu çəkilib.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10